Azərbaycan millisinin bu çəki dərəcəsindəki təmsilçisi Tamerlan Abdullayev yarışda ikinci döyüşünə çıxıb.
Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, o, qətərli Tulasimaraam Tarumalinqamla gücünü yoxlayıb. Görüş boksçumuzun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
T.Abdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək.
T.Abdullayevədək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.