Madrid “Real”ının futbolçusu Anxel di Mariya klubundan illik gəlirinin ikiqat artırılmasını tələb edib.
PSJ və “Mançester Yunayted”in maraq dairəsində olan yarımmüdafiəçi “Real”la son danışığında illik gəlirinin 4 milyondan 9 milyon avroya artırılmasını istəyib. Lakin bu, Madrid klubunun qane etmədiyindən “Real”ın argentinalı futbolçu ilə danışıqları dayandırdığı bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin təklifini rədd edən Anxel di Mariya yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamaq istədiyini deyib./qol.az/