Rumıniya millisinin baş məşqçisi Kristof Daum mətbuat konfransında çətin vəziyyətlə üzləşib.
Teleqraf.com xəbər verir ki, almaniyalı mütəxəssisə mətbuat konfransında yerli “Gazete Sporturilor” qəzetinin əməkdaşı tərəfindən balıq tutmaq üçün qarmaq verilib.
Jurnalistin bunu etməsinə səbəb, Daumun müsahiblərinin birində həmin qəzetin yalnız balıq bükmək üçün yararlı olduğunu deməsi olub.
Daum jurnalistin “hədiyyə”sini qəbul etməyib. O, əsəbiləşərək deyib: "Bu, komediyadır, yoxsa mətbuat konfransı? Bura futbola görə gəlmisiniz, yoxsa komediyaya baxmağa? Yalan, uydurma əhvalatlar yazmaq istəyirsiniz? Nə vaxt idman jurnalisti olacaqsınız? Sakitləşin, bunun futbolla heç bir əlaqəsi yoxdur".