3 Sentyabr 2017 23:42
648

DÇ-2018-in seçmə mərhələsində öz meydanında San Marino ilə qarşılaşacaq milli komandamızın start heyəti bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki açıqlama verib.

Xorvatiyalı çalışdırıcı oyundan əvvəl keçirilmiş mətbuat konfransında “ilk 11-liy”i açıqlayıb.

Əsas komandamız sabahkı oyuna aşağıdakı futbolçularla başlayacaq.

Səlahət Ağayev – Rəşad Sadıqov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə - Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda – Əfran İsmayılov, Araz Abdullayev, Ramil Şeydayev.


Müəllif: Teleqraf.com