11 Sentyabr 2017 17:45
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması barədə türk mediasına danışıb.

Teleqraf.com xəbər verir ki, "Anadolu" agentliyinə açıqlama verən 27 yaşlı atlet “Qarabağ”ın tarixi uğur qazandığını vurğulayıb:

"Qarabağ"ın Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox sevindirdi. Bu, Azərbaycan futbolunun uğurudur. "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir. Ümid edirəm, sabah və daha sonra yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandıracaqlar".

Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında qaçış yarışında 200 metr məsafəni 20,9 saniyəyə qət edərək qalib olmuşdu.


Müəllif: Könül