2017-ci il Dünya Atletika Çempionatında 200 metr məsafəyə qaçışda birinci yerə çıxan Türkiyə millisinin azərbaycanlı üzvü Ramil Quliyev yarışa məşhur idmançı Usain Bolt da qatılsaydı belə onu geridə qoyacağını bildirib.
Teleqraf.com xəbər verir ki, R.Quliyevin əsas məqsədi olimpia çempionu almaqdır:
"Hazırda əsas hədəfim olimpia çempionluğudur".
Atlet bildirib ki, yarışdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın ona zəng etməsi digər idmançılar tərəfindən təəcüblə qarşılanıb:
"Həmkarlarım kimlə danışdığımı soruşdular. Dedim prezident Ərdoğandır. Çox təəccübləndilər. "Sizdə idman bu qədər sevilirmi? Bizdə belə şeylər olmur" söylədilər. İdmançıya ruh, motivasiya verən arxasındakı gücdür".