“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində 5-ci turun oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, “Çelsi” U19 ilə qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissənin əvvəlində klubumuz qonaqların qapısına yol tapa bilib. Oyunun 50-ci dəqiqəsində Yaroslav Deda topu rəqib qapısında keçirib.
Bundan sonra isə qonaqlar üstünlüyü tam ələ ala bilib. Qarşılaşmanın 61, 70 və 77 dəqiqələrində ingilislər klumuzu cəzalandırıb.
Qarşılaşma “Çelsi” U19-un 3-1 hesablı qələbəsi ilə başa çatıb.