“Barselona”nın yarımmüdafiəçisi Arda Turan qış transfer pəncərəsi dönəmində “Beşikdaş”a keçə bilər.
Teleqraf.com-un “NTV Spor”a istinadən yaydığı xəbərə görə, tərəflər arasında danışıqların müsbət sonluqla yekunlaşmaq üzrədir.
Qeyd edək ki, bu mövsüm “Barselona”da oynamaq şansı əldə etməyən Ardanın doğma “Qalasataray”a qayıdacağı bildirilirdi. Amma Fatib Terimin “Cim-bom”a dönüşündən sonra onların bir yerdə çalışa bilməyəcəyi qeyd olunub. Çünki Arda və Terimin münasibətləri hazırda gərgindir.