İspaniyanın “Real Madrid” klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç həbsdən canını qurtarıb.
Teleqraf.com “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, vergidən yayınmada ittiham olunan 33 yaşlı futbolçu həbsxanaya düşməmək üçün 1 milyon avro ödməyə razılıq verib.
Qeyd edək ki, Modriç 2013–2014-cü illərdə vergi orqanlarından 870,7 min avronu yayındırmaqda ittiham olunurdu.