İlk dəfə Azərbaycana səfər edən FİFA Dünya Çempionatı kubokunun “Gənclik Mall” ticarət mərkəzində futbolsevərlərə təqdim olunması üçün xüsusi mərasim təşkil edilib.
Teleqraf.com xəbər verir ki, məşhur italyalı heykəltəraş Silvio Qatsaniqanın dizaynı əsasında 6 kiloqram qızıldan istifadə edilərək düzəldilən kuboku görmək istəyənlər mərasim üçün nəzərdə tutulmuş biletləri alaraq dünyanın ən möhtəşəm mükafatı ilə foto çəkdirəcəklər.
Daha sonra kubokun işığına yığışan qonaqlar üçün hədiyyəli müsabiqələr təşkil ediləcək.
Mərasimə dünya şöhrətli fransız futbolçu Kristian Karambönün də qatılacağı gözlənilir.
Foto: Elnur Muxtar