"Belarusa məğlubiyyətdən sonra uşaqlarda bir az psixoloji gərginlik var idi. Danışdıq ki, futbolda belə nəticələr olur. Buna hazır olmalıyıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Antalyada Makedoniya ilə yoxlama oyunu öncəsi "CBC Sport"a açıqlamasında deyib.
Daha sonra o bildirib: "Nəticə öz yerində, bu gün çalışmalıyıq ki, bir neçə çatışmayan cəhətimiz var, bunu aradan qaldıraq. Uşaqlar hamısı istəklidir. Hamısı oynamağa hazırdırlar".
Qeyd edək ki, Azərbaycan - Makedoniya görüşü sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.