28 İyun 2018 23:57
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Keçiriləcək dörd oyunla son iki 1/8 final cütü müəyyənləşəcək.

H qrupunda Seneqal və Kolumbiya milliləri qarşılaşıb. Kolumbiya 1:0 hesabı ilə qalib gələrək qrupu 1-ci pillədə başa vurub. Yaponiya isə Polşaya 0:1 hesabı ilə uduzub. Bu nəticələrdən sonra Yaponiya və Seneqal xalı 4 olub. Burada vurulan və buraxılan topların göstəricisi və şəxsi matçlardakı nəticələr eyni olduğu üçün bu halda FİFA-nın “Fair play” reytinqi işə düşüb. Daha az vərəqə alan Yaponiya 1/8 finala yüksəlib.

G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparır.

Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışır.

DÇ-2018

28 iyun

III tur

G qrupu

22:00. İngiltərə - Belçika - 0:1 (İkinci hissə)
Qol: Yanuzay, 51
Baş hakim: Damir Skomina (Sloveniya)

Kalininqrad, "Kalininqrad" stadionu

22:00. Panama - Tunis - 1:2 (İkinci hissə)
Qollar: Xose Luis Rodriqes, 33 (1:0), Ben Youssef, 51 (1:1), Xazri, 66 (1:2)
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"

H qrupu

18:00. Yaponiya - Polşa - 0:1
Qol:
Bednarek, 60
Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya - 0:1
Qol:
Yerri Mina, 74
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər