15 İyul 2018 18:27
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda dünən keçirilən Belçika-İngiltərə oyunu çox möhtəşəm idi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinmin üzvü, Yeni Azərbaycan Partiyası Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

Hansı komandaya azarkeşlik etməsinə gəldikdə isə, A.Mirzəzadə deyib ki, o, komandaya deyil, gözəl oyuna pərəstiş edirdi:

“Oyun göstərdi ki, artıq dünyada ənənəvi güclü və zəif komandalar yoxdur. Futbola, idmana ciddi diqqət edən istənilən ölkə uğur qazana bilir”.

Qeyd edək ki, Rusiyada keçirilən futbol üzrə dünya çempionatında dünən III yer uğrunda qarşılaşma baş tutub. Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq III yerin sahibi olub. Beləliklə, ingilislər çempionatı medalsız başa vurub.


Müəllif: Səxavət

Oxşar xəbərlər