Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz”ın sonuncu rəqibi də müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, ilkin qrup mərhələsi çərçivəsində keçirilmiş oyunda “Veles”lə qarşılaşan “Valletta” 8:5 hesabı ilə qələbə qazanaraq birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb.
Beləliklə, əsas mərhələdə 8-ci qrupda mübarizə aparacaq “Araz” “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” (Malta) komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.