11 Sentyabr 2018 21:30
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Tite, ABŞ prezidenti Donald Trampın FİFA-nın rəhbəri Canni İnfantino ilə görüşdə Braziliya haqda “Bir futbol ölkəsi? Düşünürəm ki, onların son zamanlarda problemləri var” sözlərinə cavab verib.

Teleqraf.com xəbər verir ki, Tite “goal.com”a açıqlamasında bunları deyib:

“Mənim cavabım? Biz 5 dəfə dünya çempionu olmuşuq. Bəlkə də, Tramp tarixi daha yaxşı öyrənməlidir”.

Tramp FİFA-nın prezidenti İnfantino ilə avqustun 28-də "Ağ ev"də görüşmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər