Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir qarşılaşması baş tutub.
Teleqraf.com xəbər verir ki, “Qəbələ” – “Sabah” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qəbələ”nin heyətində Ceyms Adeniyi və Stiven Monroz fərqlənib. Qonaqların qolunu isə Bəxtiyar Soltanov vurub.
Bu oyundan sonra “Qəbələ” turnir cədvələnin 5-ci pilləsinə yüksəlib. “Sabah” isə dördüncü pillədə qərarlaşıb.