Almaniyanın qadınlardan ibarət yığma futbol komandası Kanadada iyirmi yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının qalibi olub.
ANS PRESS-in məlumatına görə, bu haqda FİFA nın rəsmi saytı xəbər verib.
Monrealda keçirilən final oyununda Almaniyalı qızlar əlavə vaxtda Nigeriya komandasına 1:0 hesabı ilə qalib gəlib. 98-ci dəqiqədə vurulan yeganə qolun müəllifi Lena Peterman olub.
Turnirdə üçüncü yeri gümüş medal uğrunda oyunda KXDR-in yığmasını 3:2 hesabı ilə məğlub edən Fransa yığması tutub.
2012-ci ildə Yaponiyada keçirilmiş dünya çempionatında Almaniya yığma komandası finalda ABŞ 0:1 hesabı ilə məğlub olmuşdu.
Gənc alman qızların aktivində artıq üç çempion titulu var.