4 Dekabr 2018 08:34
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, gözlənildiyi kimi “İlin ən yaxşı futbolçusu” adına “Real”ın xorvatiyalı legioneri Luka Modriç layiq görülüb.

Modriç mükafata əsas namizədlər olanKriştianu Ronaldu, Antuan Qrizmann və Kilian Mbappeni geridə qoyub.

Qeyd edək ki, Luka Modriç bu il FIFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.

Xatırladaq ki, “Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. Mükafat 1956-cı ildən futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur. Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuz olub.


Müəllif: Teleqraf.com