6 Dekabr 2018 07:18
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya Argentina millisinin heyətində ötən yay Rusiyada keçirilən dünya çempionatındakı uğursuz çıxışlarını xatırlayıb.

Teleqraf.com xəbər verir ki, mundialda qrupdan çətinliklə çıxdıqlarını və 1/8 finalda mübarizəni dayandırdıqlarını söyləyən 30 yaşlı futbolçu yığmanın kapitanı Lionel Messi haqda da danışıb:

“Dünya çempionatında məğlub olduqdan sonra Messi paltardəyişmə otağına getdi və başını divara vurmağa başladı. Çox əsəbi və məyus idi. Məncə, o, yenidən milli komandaya qayıdacaq”.

Qeyd edək ki, Argentina millisi DÇ-nin 1/8 finalında son çempion Fransa millisinə 3:4 hesabı ilə məğlub olaraq yarışı tərk etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər