27 Avqust 2014 12:12
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə növbəti medalı boksçumuz Rüfət Hüseynov qazandırıb.

Teleqraf.com -un Apasport.az-a istinadən məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Belə ki, ilk 2 döyüşündə Kumar Kakaraya (Hindistan) və Şalkar Aykinbaya (Qazaxıstan) qalib gələn (hər ikisinə 2:1) Hüseynov bu gün baş tutan final görüşündə özbəkistanlı Sulaymon Latipovla qarşılaşıb. Boksçumuz rəqibinə heç bir şans verməyərək, hər 3 raundu öndə bitirib. Nəticədə Olimpiya çempionunu tituluna yiyələnən Hüseynov yığmamıza 3-cü qızıl medalı qazandırıb.


Qeyd edək ki, bununla da aktivində 9 medal olan millimiz son yarış günündə onların sayını 10-a çatdırıb. Daha öncə isə komandamıza İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medal qazandırıb.


Müəllif:

Oxşar xəbərlər