13 Yanvar 2019 21:00
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Aleksandr Əliyevin yeni iş yeri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, əslən azərbaycanlı yarımmüdafiəçi bundan sonra Kiyevdə yeni yaradılmış “Şturm” komandasında çıxış edəcək.

Ukrayna mətbuatının yaydığı məlumata görə, 33 yaşlı veteran futbolçunun yeni komandası həvəskarlar liqasında mübarizə aparacaq. "Şturm" Kiyev vilayətində qış turnirlərində, apreldə isə vilayət çempionatında iştirak etmək niyyətindədi.

Bu kollektivdə bəzi digər sabiqlər də yer alacaq. Belə ki, Əliyevlə birgə Aleksandr Maksimov, Vladimir Samborski, Denis və Aleksandr Sıtnik, Vyaçeslav Turçanov da sözügedən komandanın uğurları üçün çalışacaq.

Əliyev karyerası ərzində Rusiyanın “Anji”, "Lokomotiv", Ukraynanın "Metallurq", "Dinamo" və "Dnepr" kimi komandalarında çıxış edib. O, həvəskarlar liqasında çıxış edən "Katandzaro" komandasında da oynayıb. Aleksandr 2008-2012-ci illər aralığında Ukraynanın əsas millisinə də dəvət alıb.


Müəllif: Teleqraf.com