8 Fevral 2019 07:55
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turinin "Yuventus" futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldunun 64 yaşlı anası Doloreş Aveyruya süd vəzisi xərçəngi diaqnozu qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Bildirilir ki, Doloreş İtaliyaya, oğlunun 35 illiyinə səfəri ərəfəsində sağlamlığında problemlərin olduğunu etiraf edib.

"Məni Madriddə digər döşümdən əməliyyat etdilər, şüa terapiyasını keçdim və indi həyatım üçün mübarizə aparıram", - deyə Ronaldunun anası Portuqaliya telekanallarından birinin efirində deyib.

Doloreş həmçinin etiraf edib ki, onun qohumlarından heç kim əməliyyat barədə bilmir.

Ronaldunun anası artıq 2007-ci ildə süd vəzisi xərçənginə qalib gəlib. Onda sinəsinin şağ hissəsindəki şiş aradan qaldırılıb. Sonra o, uğurlu şüa terapiyası kursu keçib.

Daha əvvəl bildirilib ki, Turinin "Yuventus" klubunun kücumçusu ölkəsində aldığı dövlət mükafatlarından məhrum edilməyəcək.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər