29 Avqust 2014 20:20
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Real” (Madrid) komandasının hücumçusu Kriştianu Ronaldu Avropada 2013-2014-cü ilin ən yaxşı futbolçusu seçilib.

Bu məlumat Monte-Karloda Çempionlar Liqası yarışlarının püşkatma mərasimindən sonra açıqlanıb. 2013-2014-cü il futbol mövsümünün möhtəşəm olduğunu bildirən ulduz futbolçu komandası və azarkeşləri ilə qürur duyduğunu diqqətə çatdırıb. Futbolçu deyib: “Bu uğurumda komanda yoldaşlarımın əməyi çox böyükdür. Buradan hamısına öz təşəkkürümü bildirirəm. Onlar olmasaydı təbii ki, bu mükafata sahib çıxa bilməzdim”.

İyirmi doqquz yaşlı futbolçu “Real”ın heyətində mövsüm ərzində Çempionlar Liqası və Superkubok yarışlarının qalibi olub.

Almaniyanın “Volfsburq” komandasının yarımmüdafiəçisi Nadin Kessler isə Avropanın ən yaxşı qadın futbolçusu seçilib.


Müəllif:

Oxşar xəbərlər