12 Fevral 2019 19:30
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk yoxlama oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, yığmamız ispaniyalı həmyaşıdları ilə qarşılaşacaq.

Yığmamızın oyun üçün heyəti açıqlanıb. Heyətdə Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov və Musa Qurbanlı yer alıblar.

Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları martın 20-dən 26-dək Rusiyada keçiriləcək.


Müəllif: Teleqraf.com