24 Fevral 2019 01:55
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasında 27-ci tura start verilib.

Teleqraf.com verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Vest Hem” “Fulhem”lə, “Kardiff Siti” isə “Uotford”la üz-üz gəlib. “Vest Hem” doğma meydanda inamlı qələbəyə sevinib. “Uotford” isə səfərdə darmadağına imza atıb.

Şənbə günü daha dörd görüş baş tutub. “Tottenhem” səfərdə “Bernli”yə uduzub. “Lester” isə “Kristal Pelas”la ev oyununda darmadağına üzülüb. “Bornmut” – “Vulverhempton” oyununda qalib müəyyənləşməyib. “Nyukasl” isə “Haddersfild”i 2 cavabsız qolla məğlub edib.

“Arsenal” öz meydanında “Sauthempton”u qəbul edəcək.

Turun mərkəzi görüşü Mançester şəhərində keçiriləcək. Turnir cədvəlinin lideri “Liverpul” “Mançester Yunayted” səfərinə yollanacaq.

27-ci turda keçirilməsi nəzərdə tutulan “Çelsi” – “Brayton” matçı isə təxirə salınıb. “Zadəganlar” İngiltərə Liqa kubokunun final oyunu çərçivəsində, fevralın 24-də “Mançester Siti” ilə üz-üzə gələcək.

27-ci turun “Everton” – “Mançester Siti” matçı isə bir neçə gün əvvəl oynanılıb. Qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsiylə bitib.

İngiltərə Premyer Liqası, 27-ci tur

23 fevral

Bernli – Tottenhem 2:1
Qol: Vud, 57. Barnes, 83 – H.Keyn, 65.

Bornmut – Vulverhempton 1:1
Qol: Kinq, 14-pen – R.Ximenes, 83-pen.

Nyukasl – Haddersfild 2:0
Qol: Rondon, 46. A.Peres, 52.

Lester – Kristal Pelas 1:4
Qol: Evans, 64 – Batşuayi, 40. Zaha, 70; 90. Milivoyeviç, 81-pen.

24 fevral

18:05 Arsenal – Sauthempton
18:05 Mançester Yunayted – Liverpul


Müəllif: Teleqraf.com