3 Sentyabr 2014 21:00
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda futbol üzrə əsas milli komandamız növbəti yoxlama oyununu keçirir. Berti Foqtsun komandası Rusiya yığması ilə qüvvəsini sınayır.

“Avro-2016”nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyuna hazırlıq xarakteri daşıyan görüşdə millimiz oyuna uğursuz başlayıb. Rusiya komandası birinci hissədən qapımızdan üç cavabsız top keçirib.

İkinci hissədə isə ruslar daha bir topu qapımızdan keçiriblər.

Qollar: Aleksandr Kerjakov, 6 (1:0), 11 (2:0), Sergey İqnaşeviç, 41 (3:0)
Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov ( Özbəkistan)
Moskva. “Ximki Arena” stadionu

Rusiya: 1. İqor Akinfeyev, 22. İqor Smolnikov, 23. Dmitri Kombarov, 14. Vasili Berezutski, 4. Sergey İqnaşeviç, 8. Denis Qluşakov, 10. Alan Zaqoyev, 17. Oleq Şatov, 18. Denis Çerışev, 15. Dmitri Poloz, 11. Aleksandr Kerjakov

Azərbaycan: 1. Kamran Ağayev: 2. Bədavi Hüseynov, 3. Rasim Ramaldanov, 9. Cihan Özkara, 10. Rüfət Dadaşov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 21. Ruslan Əmircanov, 25. İlkin Qırtımov

Xatırladaq ki, komandamız indiyədək Rusiya millisi ilə yoxlama oyunu keçirməsə də, rəsmi oyunlarda bir neçə dəfə qarşılaşıb. Yığmamız Fabio Kopellonun komandası ilə son dəfə ötən il oktyabrın 15-də “DÇ-2014”ün seçmə mərəhləsində Bakıda üz-üzə gəlib. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Ayxan


Müəllif: