20 Aprel 22:12

Türkiyə Super Liqasında 29-cu tura start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Kasımpaşa” doğma azarkeşləri qarşısında “Bursaspor”u qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Şənbə günü dörd oyun baş tutub. “Akhisarspor” doğma meydanda “Antalyaspor”a, “Göztəpə” isə “Ərzurumspor”a məğlub olub. “Trabzonspor” “Yeni Malatyaspor”la ev oyunundan qalib ayrılıb. “Qalatasaray” isə “Kayserispor”la qarşılaşmada inamlı qələbəyə sevinib.

Lider “Başakşəhər” isə “Rizəspor”u sınağa çəkəcək.

“Fənərbaxça” bu turda “Alanyaspor”, “Beşiktaş” isə “Sivasspor” səfərinə yollanacaq.

Türkiyə Super Liqası, 29-cu tur

19 aprel

Kasımpaşa – Bursaspor 1:1
Qol: Trezeqe, 60 – A.Kara, 81-pen.

20 aprel

Akhisarspor – Antalyaspor 1:2
Qol: Barbosa, 58 – M.Erdinc, 7; 40.

Trabzonspor – Yeni Malatyaspor 2:1
Qol: Nvakaeme, 31. Rodalleqa, 79 – Ö.Şişmanoğlu, 22.

Qalatasaray – Kayserispor 3:1
Qol: Diane, 16; 42-pen. Naqatomo, 45 – Kravets, 15.

Göztəpə – Ərzurumspor 0:1
Qol: T.Antalyalı, 25.

21 aprel

14:30 Ankaragücü – Konyaspor
17:00 Başakşəhər – Rizəspor
20:00 Alanyaspor – Fənərbaxça

22 aprel

21:00 Sivasspor – Beşiktaş


Müəllif: Teleqraf.com