5 May 2019 14:17
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah sıradan çıxıb.

Teleqraf.com xəbər verir ki, hücumçu İngiltərə Prmeyer Liqasının 37-ci turunda “Nyukasl”la keçirilən görüşdə zədələnib.

Matçın 2-ci hissəsində rəqib qapıçısı ilə toqquşan futbolçu başından zərbə alıb. O, meydanı xərəkdə tərk edib.

Görüşdən sonra komandanın baş məşqçisi Yurgen Klopp bombardirin başından güclü zərbə aldığını, son durumunun müayinədən sonra bilinəcəyini deyib. Salahın Çempionlar Liqasının yarımfinalının "Barselona" ilə mayın 7-də keçiriləcək cavab matçına qədər hazır olacağı sual altındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər