28 İyun 2019 18:33
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan boksçusu Alfonso Dominqes "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

Teleqraf.com-un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı Fiori Simone ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1. Dominqes finalda Gor Nersesyan (Ermənistan) - Benjamin Uittaker (Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bir qədər əvvəl digər boksçu Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər