Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.
Teleqraf.com xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan 34 yaşlı idmançı finalda Stanislav Horunaya uduzub - 0:4.
Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
18:15
Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
Teleqraf.com xəbər verir ki, 75 kq çəki dərəcəsindəki titullu idmançı yarımfinalda rusiyalı Pavel Artamanova qalib gəlib. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə üz-üzə gələcək.