30 İyun 2019 19:30
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Minsk 2019" II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.

Teleqraf.com xəbər verir ki, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib.

Azərbaycan yığmasının üzvü Firdovsi Foərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan Fərzəliyev gümüş medalla kifayətlənib.

Bu, Azərbaycan karateçilərinin "Minsk 2019"da dördüncü medalı olub. Bir gün öncə isə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçi Rafael Ağayev (75 kq) isə az sonra final görüşünə çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər