"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"a 3:0 hesabı ilə qalib gəldikləri cavab oyununu şərh edib.
Teleqraf.com-un məlumatına görə, o, matç bitən kimi "CBC Sport"a müsahibəsində deyib:
"Bütün azarkeşlərimizi təbrik edirəm. Həqiqətən də möhtəşəm idilər. Həddindən artıq çox isti var idi. Zədəlilərə gəlincə, Ozobiçdən başqa digərlərinin durumu elə də ciddi deyil. Bu, yorğunluqdan irəli gəlir. Buna baxmayaraq, bütün güclərini meydanda qoydular".
Qurbanov növbəti mərhələdə qarşılaşacaqları APEOL-lə haqda da danışıb: "Çox diqqətli olmalıyıq. Komandanın gücünü bilirik. Burada hamı öz ölkəsinin çempionudur. Hər oyuna hazır olmalıyıq".