"Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq".
Teleqraf.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə (Şimali İrlandiya) səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, daha sonra bildirib: "Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".
Qeyd edək ki, "Linfild" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq.