8 Sentyabr 2019 16:50
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” klubu 2021-ci ildə klubla müqaviləsi başa çatacaq ulduz futbolçusu Lionel Messi ilə yola davam etmək istəyir.

Teleqraf.com xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı argentinalıya ömürlük müqavilə təklif edəcək. Tərəflərin bununla bağlı yaxın vaxtlarda aktiv danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Messinin hazırkı müqaviləsindəki bir bəndə əsasən, futbolçunun hər il iyunun 30-da anlaşmanı birtərəfli pozmaq hüququ var.


Müəllif: Teleqraf.com