Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycanın hər 3 yunan-Roma güləşçisi çıxışlarını başa vurub.
Rəsul Çunayev (67 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyevin (97 kq) uduzduqları rəqiblər finaladək yüksələ bilməyiblər.
Bu səbəbdən, azərbaycanlı pəhləvanlar təsəlliverici görüşə qatılma şanslarını da itiriblər.
Qeyd edək ki, Rəsul Çunayev 1/16 finalda cənubi koreyalı Hansu Ryuya, Orxan Nuriyev qazaxıstanlı Yerulan İskakova 1:2 1:2, İslam Abbasov isə 1/8 finalda iranlı Ramin Soltanmorad Taherisərtəngə 0:6 hesabı ilə yenilib./report/