19 Sentyabr 23:13

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Teleqraf.com xəbər verir ki, ymillimiz Bakı Olimpiya stadionunun ehtiyat meydançasında belaruslu həmyaşıdlarıyla qarşalışıb.

Yığmamız rəqibinə böyük hesabla uduzub - 1:4. Komandamızın yeganə qolunu 43-cü dəqiqədə Kamal Kazımov vurub.

Qeyd edək ki, komandalar arasında sentyabrın 21-də daha bir görüş olacaq.


Müəllif: Teleqraf.com