21 Noyabr 2019 08:37
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fiorentina”nın futbolçusu Aleksa Terziç naməlum şəxslər tərəfindən döyülüb.

Teleqraf.com xəbər verir ki, Serbiya U-21 yığmasının düşərgəsindən ayrıldıqdan sonra şəxsi avtomobili ilə ailəsini ziyarət etmək üçün Belqrad şəhərindən Nişə yola düşən 20 yaşlı müdafiəçi bir qrup şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ilk olaraq, gənc futbolçunu təqib edib, daha sonra ondan maşınını saxlamasını istəyiblər. Avtomobildən düşən futbolçudan 5 min avro pul istəyən xuliqanlar, bu təklifi qəbul etmədiyinə görə Terziçi döyməyə başlayıblar.

Döyüldükdən sonra xəstəxanaya yerləşdirilən futbolçunun burnunda qırıq, bədənin müxtəlif yerlərindən xəsarət aldığı aşkarlanıb.

Qeyd edək ki, məsələ ilə bağlı Serbiya polisi araşdırma başladıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər