“Fənərbaxça”nın nigeriyalı futbolçusu Emmanuel Emenike “Zenit”in onunla maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, ulduz futbolçu bunu zarafat kimi dəyərləndirib: “Zenit” mənimlə maraqlanır? Bu, yəqin ki, zarafat olar. Çox gülməlidir. Hətta bilmirəm ki, nə cavab verim”.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mətbuatı “Zenit”in baş məşqçisi Andre Villaş-Boaşın Emenikeni sərəncamında görmək istədiyi ilə bağlı məlumat yaymışdı.
Nigeriyalı futbolçu 2011-13 mövsümündə Rusiya Premyer Liqasında, “Spartak”ın heyətində çıxış edib. Emmanuel Moskva klubunda 42 oyunda 21 qol vurub.