1 May 2014 13:09
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda növbəti beynəlxalq turnirə start veriləcək. Koreyalı karate ustası Masutatsu Oyamanın əsasını qoyduğu, dünyanın ən çətin idman növlərindən sayılan “Kyokuşin karate” növü üzrə ilk dəfə Bakıda Avropa çempionatı olacaq.

Bu barədə Teleqraf.com-a bu idman növünün Azərbaycanda rəbərlərindən olan, 3 dan qara kəmər ustası Elçin Çobanzadə məlumat verib. O həmçinin yarışın təşkilarçılarından biridir:

“Mayın 30-da Karatenin bu növü üzrə Bakıda Avropa çempionatı keçiriləcək. Həmin yarış Azərbaycanda ilk dəfə baş tutacaq”.

Qeyd edək ki, ölkəmizə bu idman növü 1994-cü ildən karateçi Ələddin Mirzəyev tərəfindən gətirilib Ələddin Mirzəyev əfsanəvi idmançı, Kyokuşin Kay kankaratenin dünyada əsasını qoymuş Oyamanın şəxsi tələbəsi olub.

Aygün İlqarqızı


Müəllif: