14 Dekabr 2019 00:28
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı paytaxtımıza səfəri haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Sports TV-də yayımlanan "Sporsever" proqramında qonaq olan 67 yaşlı mütəxəssis Azərbaycanda isti münasibət gördüyünü deyib: "Təlim-məşq toplanışı üçün yer seçmək və başqa işlərə görə Bakıya getdik. Böyük sevgi gördük.

Televiziyaya çıxdıq. Bizi indidən bağırlarına basdılar. Yenidən gedib, təlim-məşq toplanışı ilə əlaqədar məsələləri planlaşdıracağıq. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan ilə bir yoxlama matçı da oynaya bilərik. Təbii ki, evimizdə çıxış edəcəyimiz hissini bizə indidən yaşadırlar. Oyunlarda dəstək görəcəyimizi bilirəm. Bu cəhətdən şanslıyıq".

Türkiyə millisi iyunun 17-i Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.


Müəllif: Teleqraf.com