21 Fevral 2020 23:54
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan milli qələbə qazanıb -2:0. Komandanın qollarını Edanur Mutlu və Buşra Yabançı vurub.

U-17 turnir çərçivəsində növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.


Müəllif: Teleqraf.com