Nigeriya milli komandasının sabiq futbolçusu İfeanyi Corc 26 yaşında ikən avtomobil qəzasında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, keçmiş hücumçunun idarə etdiyi "Infiniti" yük maşınına çırpılıb.
Minik maşınındakı iki sərnişin də hadisə nəticəsində ölüb. Onlardan biri Corcun "Enuqu Reyncers"dəki komanda yoldaşı Emmanuel Oqbu olub.
Avtomobildəkilər koronavirus üzündən çempionat dayandırıldığı üçün Enuqu şəhərindən Laqosa gəlirmişlər.
Qeyd edək ki, İfeanyi Corc "Enyimba" komandasının yetirməsi idi. O, cari mövsüm Nigeriya çempionatında 14 oyuna 5 qol müəllifi olmuşdu. 2017-ci ildə isə Corc Nigeriya yığmasında 2 matç keçirmişdi.