İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası Dolors Sala Karrio dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 82 yaşlı qadının ölümünə səbəb koronavirus infeksiyası olub.
O, İspaniyanın Barselona şəhərində mülaicə aldığı xəstəxanada vəfat edib.