İspaniyanın "Real Madrid", "Atletiko" və "Barselona" futbol komandalarının sabiq baş məşqçisi Radomir Antiç vəfat edib.
Teleqraf.com-un məlumatına görə, serbiyalı mütəxəssis 71 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, Radomir Antiç İspaniyanın 3 böyük komandasına müxtəlif vaxtlarda rəhbərlik etmiş yeganə mütəxəssisdir. Onun rəhbərliyi altında "Atletiko" 1995/1996 mövsümündə İspaniya çempionluğu və kubokunu qazanıb.
Oyunçu karyerası ərzində isə Antiç Serbiyanın "Partizan", Türkiyənin "Fənərbağça" və İspaniyanın "Saraqosa" klublarında çıxış edib.