8 Aprel 2020 08:56
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paraqvaylı hakim Qustavo Amarilya sabiq braziliyalı futbolçu Ronaldinyonun həbs cəzasından azad edilməsi barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə Ronaldinyo ev dustaqlığına göndərilib.

Bildirilir ki, Ronaldinyo və onun böyük qardaşı və agenti Roberto de Assis Paraqvayın paytaxtının mərkəzində mehmanxanada polislərin nəzarəti altında qalacaqlar.

Qeyd edək ki, Ronaldinyo və onun qardaşı mart ayının əvvəli Asunsyonda saxta pasportlar təqdim etdiklərinə görə həbs edilmişdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər