11 May 2020 19:42
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Türkiyənin "Menemenspor" klubunun futbolçusu Gentian Selmanini transfer etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə I liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubu 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərib: "Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Gənc qolkiperə görə "Qarabağ"dan təklif gəlib. Danışıqlar davam edir".

Qeyd edək ki, bu mövsüm "Menemenspor"un heyətində 28 oyunda meydana çıxan Gentian Selmani Albaniya millisinin də üzvüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər