31 May 2020 21:19
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın hücumçusu Lionel Messi koronavirus pandemiyasının futbola təsirindən danışıb.

Teleqraf.com xəbər verir ki, “El Pais” nəşrinə müsahibəsində o deyib:

“İndi çoxumuz bu hadisələrdən sonra dünyanın necə olacağını bilmirik. Hazırda ağır vəziyyət yaranıb. Çünki bu, hər birimizə təsir edib. İnsanlar doğmalarını, yaxınlarını, dostarını itirir. Bundan pis şey ola bilməz. Hətta onlarla normal vidalaşa da bilmirlər. Bu, ədalətli deyil. Futbola gəlincə, bütün həyat kimi, bu idman növü də əvvəl kimi olmayacaq”.


Müəllif: Teleqraf.com