2 Noyabr 2020 20:55
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya millisinin və "Roma" klubunun sabiq futbolçusu Françesko Tottidə koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçib.

Totti hazırda özünü yaxşı hiss edir. Onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə verib, lakin onda xəstəliyin əlamətləri yoxdur.

Bir neçə həftə əvvəl Françesko Tottinin atası Entso Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Françesko Totti peşəkar karyerası ərzində 1992 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər