4 May 2014 12:15
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya "Zenit"inin hücumçusu Halk karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Teleqraf.com-un Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Çelsi" klubu braziliyalı futbolçunun transferində maraqlıdır.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdən Halkı komandasında görmək istəyir. London təmsilçisinin Halk üçün 40 milyon avro xərcləməyə hazır olduğu iddia olunur. Tərəflər arasında razılıq əldə olunarsa, Hakl yeni mövsümdən "Çelsi"nin formasını geyinəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildə "Porto"dan "Zenit"ə transfer olunmuşdu.


Müəllif: