24 Oktyabr 2014 05:20
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Dnepr"ə minimal hesabla qalib gələn “Qarabağ" tarixi ilklərə imza atıb.

Apasport.az saytının məlumatına görə, ilk dəfə qitə miqyası 2-ci dərəcəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi qrup mərhələsində qələbə qazanan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.

Bundan başqa, Qurban Qurbanovun yetirmələri qrup mərhələsində səfərdə 3 xala sevinən birinci Azərbaycan komandası olub.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan ilk komanda “Neftçi” olub. Lakin 2012-2013 mövsümündə “flaqman” yalnız heç-heçələrlə kifayətlənmişdi.


Müəllif:

Oxşar xəbərlər